Sahilə Quliyeva
Açar sözlər: bədii ədəbiyyat, bədii mətn, şifahi nitq bacarıqları, kommunikativ
səriştə
отбором.
Sahilə Əli qızı Quliyeva
İNGİLİS DİLİ DƏRSLƏRİNDƏ
BƏDİİ ƏDƏBİYYATDAN İSTİFADƏNİN ROLU
Xülasə. Dil öyrənənlərdə şifahi nitq bacarıqları mütaliə mədəniyyətinin
formalaşdırılması və informasiya savadının məminsənilməsi nəticəsində inkişaf
edir. Oxu elə bir bacarıqdır ki, informasiyanı qəbul etdikcə ona ehtiyac daha
da artır. İngilis dilində orijinal bədii ədəbiyyat oxumaq şifahi nitqin
formalaşmasına kömək edir, lüğəti zənginləşdirir, öyrənilən dilin ölkəsinin
mədəniyyətini və ədəbiyyatını tanıdır, analitik düşüncəni inkişaf etdirir,
mənəvi və estetik dəyərləri olan dünyanın bir hissəsi olmağa kömək edir. Xarici
dillərin tədrisində bədii ədəbiyyatın müxtəlif mədəniyyətlərin xüsusiyyətlərini
başa düşməyi öyrətdiyi, şəxsiyyətin və tənqidi təfəkkürün inkişafına kömək
еtdiyi, həmçinin ünsiyyət və dil bacarıqlarının təkmilləşdirilməsində
əhəmiyyətli olduğu hər zaman vurğulanır. Xarici dilin tədrisi üçün bədii
mətnlərin seçilməsi çoxmərhələli prosesdir və bu məsələ bu seçimlə məşğul olan
mütəxəssislərin və müəllimlərin hansı meyarlarla qiymətləndirməsindən asılıdır.
Bədii mətnlərin seçimi müxtəlif meyarlar əsasında və müxtəlif məqsədlər üçün
edilə bilər.