Günay Məmmədova
Açar sözlər: təhsil, İKT, ETR, təhsil paradiqması, onlayn təhsil
Günay Sədrəddin qızı
Məmmədova
İKT VƏ MÜASİR TƏHSİL
PARADİQMASI
Xülasə. Müasir təhsil paradiqmasının dəyişməsi xeyli dərəcədə informasiya
texnologiyalarının yaratdığı imkanlar və cəmiyyətin intensiv inkişaf tempi ilə
bağlıdır. Müasir təhsil paradiqması tələbələrin sərbəst idraki fəaliyyətinin
fəallaşdırılmasına, öz təhsil nəticələrinə görə məsuliyyət daşımasına, tənqidi
və yaradıcı təfəkkürün inkişafına, qrupda iş vərdişlərinin formalaşdırılmasına
yönələn prinsiplərə əsaslanır. Yeni təhsil paradiqması, həmçinin müəllimin
rolunun dəyişməsi ilə səciyyələnir. Artıq müəllim tələbələr üçün yeganə
informasiya mənbəyi deyil, müəllim onları istiqamətləndirir və idraki
fəaliyyətlərini dəstəkləyir.