Lalə Rəhimova
Açar sözlər: təhsil, müəllim, səriştə, informasiya mədəniyyəti, İKT,
informasiya cəmiyyəti
Lalə Kamal qızı Rəhimova
GƏLƏCƏK MÜƏLLİMLƏRİN İKT
SƏRİŞTƏLƏRİ
Xülasə. İnformasiya cəmiyyətinə keçid cəmiyyətin bütün üzvlərinin informasiya
mədəniyyətinin inkişaf etdirilməsini tələb edir. Bu, ilk növbədə, məktəb
müəllimləri üçün zəruri bir tələbdir. Müəllim kadrlarının informasiya
mədəniyyətinin formalaşdırılması və inkişaf etdirilməsi ixtisasından asılı
olmayaraq, bütün fənn müəllimləri üçün zəruridir. Bu işə onların ali təhsil
aldığı müddətdən başlamaq lazımdır. Hal-hazırda tələbələrin İKT – səriştəliliyi
onların peşəkarlığının vacib tərkib hissəsidir. Fasiləsiz təhsil sistemində
səriştəlilik ―savad – səriştə – mədəniyyət – mentalitet‖ zəncirində təhsilin
yekun nəticələrindən biri olmalıdır.