Dilşad Dadaşova
Açar sözlər:
məktəbəqədər təhsil, yeni
yanaşmalar, innovativ fəaliyyət, metodiki işin təşkili, təlimin keyfiyyəti
Dilşad Səlim
qızı Dadaşova
İNNOVATİV İŞ ÜSULLARI TƏRBİYƏÇİ-MÜƏLLİMLƏRİN UĞURLU
PEŞƏKAR SƏRİŞTƏLİLİYİNİN AMİLİ KİMİ
Xülasə. Məqalədə məktəbəqədər təhsil
müəssisələrində innovativ fəaliyyətin təşkilində pedaqoji işçi- lərin
fəaliyyətinə yeni yanaşmalardan istifadə məsələlərindən bəhs edilir. Metodiki
işin məzmununun tərbi- yəçi-müəllimlərin işinin nəticələri ilə daimi əlaqəsi
hər bir pedaqoqun peşəkar bacarıqlarının artırılması pro- sesinin davamlı
olmasını təmin edir. Eyni zamanda, metodik iş irəliləyici, fəal xarakter
daşıyır və pedaqoji və psixologiya elminin
yeni nailiyyətlərinə uyğun olaraq uşaqlarla aparılan bütün işlərin inkişafı və
təkmil- ləşdirilməsinə cavabdehdir. Müasir yaradıcı, kreativ rəhbərlər
məktəbəqədər təhsil müəssisəsində istənilən müsbət nəticəni əldə etmək üçün
müxtəlif yanaşmalardan istifadə edirlər.
