Aydın İbişov

Açar sözlər: məhəbbət lirikası, Azərbaycan şeiri, şair, poeziya, istedad, obrazlı, ədəbiyyat

Aydın Rzaxan oğlu İbişov

 

ƏLİAĞA KÜRÇAYLI POEZİYASINDA KLASSİK ƏNƏNƏLƏRDƏN İSTİFADƏ, VƏTƏN VƏ TƏBİƏTİN FÜSUNKAR GÖZƏLLİYİNİN TƏSVİRİ

Xülasə. Əsrlər boyu məhəbbət lirikası Azərbaycan şeirinin əsas mövzusu olaraq qalmış, ən müxtəlif məsələlər məhz məhəbbət lirikasında ifadə edilmişdir. Bu mövzuda yazılmış ən yaxşı şeirlərdə qabaqcıl müasirimizin ən ülvi, humanist, insani duyğularını, arzu və istəklərini onun daxili aləmi timsalında cəmiyyə- tin yetirməsi olan insanın vətəndaş kamilliyinin yeni çalarlarını görürük. Bu cəhətdən, bir çox şairlər kimi, Ə. Kürçaylının da ən yaxşı məhəbbət şeirlərində müasirlərimizin kövrək, zərif hisslərini duyuruq.

Poetik istedadın ən mühüm keyfiyyətlərindən biri həyata baxışın, onu qavramağın özünəməxsusluğu və dərinliyidir. Bu cəhətdən Əliağa Kürçaylının yaradıcılığı onun istedadını ədəbiyyatımızda yeni bir hadisə kimi qiymətləndirməyə haqq verir.

Ə. Kürçaylının da ən yaxşı məhəbbət şeirlərində müasirlərimizin kövrək, zərif hisslərini duyuruq Şairin yaradıcılığında poeziyamızdakı aydın, obrazlı bədii konkretliyin ən qabarıq təzahürlərinə rast gəlirik.

Məqalədə şairin poetik fərdiyyəti araşdırılmışdır.

Cild 90, №3 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI