Çinarə Hüseynli
Açar sözlər:
valideyn, peşə seçimi,
şagirdlər, yeniyetmə, ailə, övlad, maraq
Çinarə Aydın qızı Hüseynli
ŞAGİRDLƏRİN PEŞƏ SEÇİMİNDƏ VALİDEYNLƏRİN ROLU
Xülasə. Məqalədən
aydın olur ki, yuxarı sinif şagirdlərinin peşə seçimində
ən aparıcı rollardan biri va- lideynlərə məxsusdur. Valideynlər yuxarı sinif şagirdlərinin peşə seçiminə həm müsbət, həm də mənfi
istiqa- mətdə təsir göstərirlər. Yuxarı sinif şagirdlərinin peşə seçiminə
ailənin maddi vəziyyəti, ailənin sosial iqtisa- di statusu və ailədə mövcud
olan tərbiyə üslubları əhəmiyyətli şəkildə təsir göstərir. Sonda qeyd olunur
ki, valideynlərin övladlarına olan münasibətləri yuxarı sinif şagirdlərinin
professional planlarının formalaşması- na əhəmiyyətli şəkildə təsir göstərir.
Əgər valideynlərin münasibətləri pozitivdirsə, bu, yuxarı sinif şagirdlə- rinin
peşə seçimində müsbət, əksinə olduqda isə mənfi təsir göstərir.