Rəhimə Mahmudova
Açar sözlər: müstəqil iş, müstəqil təlim fəaliyyəti, hafizə paradiqması, təfəkkür
paradiqması, təxəyyül paradiqması, metodika, texnologiya
Rəhimə Mahmud qızı Mahmudova
TƏLƏBƏ MÜSTƏQİL FƏALİYYƏTİ HAFİZƏ,
TƏFƏKKÜR VƏ TƏXƏYYÜL PARADİQMALARI KONTEKSTİNDƏ
Xülasə. Məqalədə müstəqil təlim fəaliyyətinin müxtəlif metodika və
texnologiyalar baxımından təşkili
mexanizmləri açıqlanır. Müəllif müstəqil təlim fəaliyyətinin təşkilini hafizə,
təfəkkür və təxəyyül paradiq- maları kontekstində təhlil edir. Onun fikrincə,
hafizə meyarlı təlim prosesində öyrənənlərdə müstəqil öyrən- mə qabiliyyətinin formalaşma imkanları
məhdud olur. Təlim təfəkkür
meyarları əsasında təşkil olunanda təh- silalanlar müstəqil fəaliyyətə cəlb
olunurlar. Bunun nəticəsində onlar öyrənməyi öyrənmiş olurlar. Bu onların
gələcək fəaliyyətlərində özünütəhsil imkanlarını genişləndirir. Təlim
prosesində təxəyyül paradiqması prioritet olanda isə təhsilalanlarda müstəqil
yaradıcı fəaliyyət üçün zəruri keyfiyyətlər formalaşır. Müəllif ali məktəblərdə
təlimin təşkilində hər üç paradiqmanın vəhdətdə tətbiq edilməsini məqsədəuyğun
hesab edir.