Sevinc Əliyeva
Açar sözlər: interdisiplinar təfəkkür, inteqrasiya, bacarıq və vərdiş,
koqnitiv fəaliyyət
Sevinc Sərdar qızı Əliyeva
ALİ TƏHSİLDƏ İNTERDİSİPLİNAR TƏFƏKKÜR
BACARIQLARI VƏ VƏRDİŞLƏRİ
Xülasə. Ali təhsildə interdisiplinar təfəkkür bacarıqları və vərdişləri daha çox
nəticələrə əsaslanan pedaqoji yanaşmaya üstünlük verir. Hazırkı məqalə
interdisiplinar sahədə konstruktiv sıralanmış tədris mühitinin inkişafından,
həyata keçirilməsindən və dəyərləndirilməsindən bəhs edir. Məqalədə
interdisiplinar təfəkkür üçün təlim və tədrisin əhəmiyyəti, interdisiplinar
təfəkkürün müəyyən edilməsi, interdisiplinar təfəkkür bacarıqları və
vərdişlərinin konseptual çərçivəsi kimi məsələlərə aydınlıq gətirilir.