Ruqiyyə Babaşova, Sevinc Baxşıyeva
Açar sözlər: kurikulum, interaktiv, təlim, metod, inteqrasiya
Ruqiyyə Məmməd qızı Babaşova,
Sevinc Soltanməcid qızı Baxşıyeva
İNTERAKTİV TƏLİM METODLARININ TƏTBİQİNDƏ ÖYRƏNMƏ NƏZƏRİYYƏSİ
Xülasə. Məqalədə
təhsilin məzmununun dəyişməsinə təsir edən yeni metod və üsulların tətbiqi əhə-
miyyətindən bəhs olunur. İnteraktiv metod pedaqoji təlim üsulu kimi müəllimin
iştirakı ilə şagirdlərin müx- təlif informasiya mənbələri
(dərslik, xəritə, cədvəl,
texniki vəsaitlər və s.) və ya bir-birilə ünsiyyət prosesində yeni biliklər
əldə etməsinə imkan verən bütün təlim üsullarının məcmusundan ibarətdir. Kurikulum
interaktiv tədris planlarının hazırlanması deməkdir. Nəticəyə əsaslanan
planlaşdırma deməkdir. Kurikulum təkcə təlim metodu deyil, məktəb və tədrislə
bağlı olan bütün sahələri planlaşdırmanı həyata keçirən öyrənmə nəzəriyyəsidir.