Elnurə Səfərova, Zərifə İsmayılova
Açar sözlər: inklüziv, bilik, metod, həyat bilgisi, sinif, kollektiv
Elnurə Fazil qızı
Səfərova,Zərifə Rəsul qızı İsmayılova
HƏYAT BİLGİSİ FƏNNİNİN
TƏDRİSİNİN İNKLÜZİV SİNİFLƏRDƏ
TƏŞKİLİ METODİKASI
Xülasə. Məqalədə inklüziv siniflərdə Həyat bilgisi fənninin təşkili
metodologiyası, təhsilin hamı üçün əlçatan olması üçün müvafiq resursların
düzgün seçilməsi, nümunəvi dərsin cari planlaşdırılması verilmişdir. Bir fənnin
tədrisi zamanı mövzulara uyğun olaraq seçilmiş resurslar tələbələrə dəstək olur
və dərsin öyrənilməsinin keyfiyyətini artırır. Lüğətlər, kalkulyatorlar, yazı
materialları, tərtibatlar və müxtəlif formalarda iş dəftərləri, rəngli kağızlar
kimi variantların yerləşdirildiyi sahələr buna misal ola bilər. Müxtəlif rəngli
resurslar, İKT alətləri, rahat stol və stullarla sakit ərazi yaradıla bilər.
İnklüziv təhsilin məktəb həyatına gətirdiyi dəyişikliklər nəticəsində o, təkcə
sağlamlıq imkanları məhdud uşaqların deyil, bütün uşaqların istifadə etməsi
üçün nəzərdə tutulub.