Lalə Abdullayeva
Açar sözlər: keyfiyyətli təhsil, ixtisaslı müəllim, təhsil proqramları, dövlət
dəyərləri, müasir texnologiyalar, şagird maraqları, peşə seçimi
Lalə Nizami qızı Abdullayeva
TƏLİMİN KEYFİYYƏTİNİN MEYARLARI VƏ GÖSTƏRİCİLƏRİ
Xülasə. Hər bir ölkənin
inkişafının əsasında onun təhsil sistemi
dayanır. Təhsil həm maddi-mənəvi də- yərlərin, həm də dövlətin, cəmiyyətin
gücünün göstəricisidir. Təhsilin inkişafının yüksəldilməsi üçün daim yeni
islahatlar aparılır, proqramlar hazırlanır, yeniliklər tətbiq edilir,
qiymətləndirmələr aparılır. Dünyadakı bütün müəllimlərin əsas vəzifəsi fənn
tədris edilən şagirdə fokuslanaraq, ona pedaqogikanın elementlərini ən xırda
detalları ilə öyrətməkdir. Tədqiqat işində araşdırılan qiymətləndirmə prosesi
ilk tətbiqindən etibarən təhsilin inkişafına yönəlmiş, şagirddə olan bilik və
bacarıqların üzə çıxarılmasını həyata keçirməkdədir.