Həmidə Qasımova
Açar sözlər: yuxarı sinif şagirdi, təşkilatçılıq, təşkilatçılıq qabiliyyəti, təşkilatçılıq qabiliyyətinin formalaşdırılması, müəllimin rəhbər rolu
Həmidə İsgəndər qızı
Qasımova
X-XI SİNİF ŞAGİRDLƏRİNDƏ TƏŞKİLATÇILIQ QABİLİYYƏTLƏRİNİN
FORMALAŞDIRILMASI ÜMUMTƏHSİL MƏKTƏBİNİN MÜHÜM VƏZİFƏSİ KİMİ
Xülasə. Hər bir şəxs
təşkilatçılıq qabiliyyətinə malik olmalıdır. Təşkilatçılıq qabiliyyətinə
yiyələnmə şəxsiyyətin fəallığına dəlalət edir. Ailədə valideynlər, ailənin
digər yaşlı üzvləri, uşaq bağçasında tərbiyəçilər, ümumtəhsil məktəblərin- də,
institut, universitet və kolleclərdə müəllimlər bu istiqamətdə təhsilalanlarla
iş aparırlar. Məqalə yuxarı sinif şagirdlərində təşkilatçılıq qabiliyyətlərinin formalaşdırılmasına həsr edilmişdir.