Ülviyyə Verdiyeva

Açar sözlər: Həyat bilgisi, şagird, yaradıcı qabiliyyət, innovasiya, texnologiya

Ülviyyə Məhəmmədəli qızı Verdiyeva

İBTİDAİ SİNİFLƏRİN HƏYAT BİLGİSİ DƏRSLƏRİNDƏ ŞAGİRDLƏRİN YARADICI

QABİLİYYƏTLƏRİNİN FORMALAŞDIRILMASI PROBLEMİNİN ELMİ, PEDAQOJİ

ƏSASLARI

Xülasə. Azərbaycanda həyata keçirilən təhsil islahatlarına dair direktiv sənədlərdə, o cümlədən

Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası‖nda səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsilin məzmununun yaradılması orta ümumtəhsil məktəblərində çalışan sinif müəllimləri qarşısında mühüm vəzifələr qoyur. Bu vəzifələrin müvəffəqiyyətli həlli üçün ibtidai sinif müəllimləri həyat bilgisi dərslərində şagirdlərin şəxsiyyətyönlülük səviyyəsini yüksəltmək üçün öz yaradıcı imkanlarından səmərəli şəkildə istifadə etməlidirlər. Bunun üçün onlar öz kompetensiya imkanlarından məqsədyönlü, planlı, mütəşəkkil istifadə etməklə şagirdlərin hərtərəfli inkişafını, o cümlədən, yaradıcılıq qabiliyyətlərini təmin etmiş olarlar. Məhz ona görə də, ölkəmizdə həyata keçirilən kurikulum təlimi siyasəti üzrə təşkil olunan tədrisprosesində kompetensiyalara əsaslanan təhsilin məzmununun yaradılması mühüm aktuallıq kəsb edir. Bu mənada həyat bilgisi dərslərində ibtidai sinif müəllimlərinin kompetensiya imkanlarından istifadə etməklə yeni iş modelinin yaradılması ilə bağlı tədqiqatların aparılması mühüm aktuallıq kəsb edir. 

Cild 90, №1 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI