Samirə Cəfərova, Lalə Rəhimova

Açar sözlər: informasiya texnologiyaları, infokommunikasiya texnologiyaları, təhsil, təlim, təhsil rəqəmsal mühiti

Samirə Elxan qızı Cəfərova, Lalə Kamal qızı Rəhimova

TƏHSİL SAHƏSİNDƏ MÜASİR İNFORMASİYA TEXNOLOGIYALARI: İMKANLAR VƏ PERSPEKTİVLƏR

Xülasə. Müasir elm ağlasığmaz sürətlə inkişaf edir, öz nailiyyətlərini insan həyatının bütün sahələrində yayır. Universal informasiyalaşdırma təhsil sahəsində məktəbəqədər təhsildən tutmuş ali məktəbə qədər, eləcə də əlavə təhsilin bütün səviyyələrində çoxsaylı informasiya texnologiyaların tətbiqi, uyğunlaşdırılması və yayılması şəklində özünü göstərmişdir. Belə ki, bu gün təhsil sistemini müəyyən edən əmək bazarındakı qlobal tendensiyalar arasında: Freelancing, ofisdən və ya sənaye binalarından kənarda işləmək; işçilər ara- sında ünsiyyət vasitələrinin dəyişdirilməsi: iş axınının idarə edilməsi üçün proseslərin, alətlərin və metod- ların dəyişdirilməsi: insan və robot, insan və süni intellekt arasında qarşılıqlı əlaqə, qərar qəbuletmə sürətinin və məlumatların emalı texnologiyalarının artımı; multitasking [1,s.14].

Hazırda təhsil təşkilatlarının hələ də təhsilin sənaye modelinin ənənəvi problemlərinin öhdəsindən gəlmək vəziyyətində olduğunu müşahidə etmək olar [2]. Təlim, əsasən, fərdi iş, fərdi qiymətləndirmə sistemi, hazır tapşırıqların və ilkin məlumatların verilməsi, çoxşaxəli tapşırıqların olmaması və problemin düzgün, yeganə mümkün həllinə diqqət yetirməklə əlaqələndirilir. Gələcək biliklərə yönəldilmiş təhsil XX əsrdə, sənaye dövründə yaranmış mütəxəssis hazırlamaq üçün keçmişdə ən səmərəli və məqsədəuyğun olan təhsil texnologiyaları üzərində qurula bilməz. Yeni təhsil modelinə keçid yalnız təhsil sisteminin rəqəmsal mühitə tam inteqrasiyası ilə mümkündür [3, s.127).

Cild 90, №4 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI