Novruz Musayev, Elşad Musayev
Açar sözlər: Qulaq, səs, membran, hüceyrə, kanal,
eşitmə, funksiya
Novruz İsa oğlu Musayev, Elşad Novruz oğlu
Musayev
DAXİLİ QULAQDA ENERJİ ÇEVRİLMƏSİ, SƏSİN ƏMƏLƏ GƏLMƏSİ
Xülasə. Məqalə qulaqda mexaniki rəqslərin
(mexaniki enerjinin) elektrik siqnallarına (elektrik enerjisinə) çevrilməsinə həsr
edilmişdir. Göstərilmişdir ki, səs rəqsləri daxili qulağın əsas membranı üzərində
yerləşmiş korti orqanında baş verən fiziki proses nəticəsində həyata keçirilir.
Belə ki, qulağa daxil olan mexaniki (səs) rəqslərinin təsiri ilə, əsas membran
rəqsə gəlir (rəqs edir). Nəticədə əsas membran üzərində yerləşmiş eşitmə
reseptorları rəqs edir və reseptorların ucunda yerləşmiş tükcüklər örtü lövhəsinə
toxunur və bu tükcüklərdə pyezoelektrik effekti nəticəsində, elektrik
siqnalları əmələ gəlir. Bu siqnallar səs sinir telləri vasitəsilə mərkəzi sinir
sisteminə ötürülür, analiz edilir və uyğun səslər əmələ gəlir.