Ülviyyə Nəhmətova
Açar sözlər: yeniyetmə, gender rolları, şərq mədəniyyəti,
qərb mədəniyyəti, rəhbərlik üslubları
Ülviyyə Azad qızı Nəhmətova,
QƏRB VƏ ŞƏRQ MƏDƏNİYYƏTLƏRİNDƏ YENİYETMƏLƏRDƏ GENDER ROLLARININ FORMALAŞMASININ MÜQAYİSƏLİ TƏHLİLİ
Xülasə. Mədəniyyət anlayışı ilə gender arasında
birbaşa əlaqə var. Bəşəriyyət tarixi boyu hər bir cəmiyyətin gender rolları ilə
bağlı bir sıra dəyərləri, normaları və mənaları mövcud olub. Bütün cəmiyyətlərdə
hər bir fərdin gender rollarından gözlənilən rol davranışları var.
Şərq mədəniyyətində yeniyetmə oğlana qızla
müqayisədə daha çox sərbəstlik verilirsə, Qərb mədəniyyətində hər iki cinsə sərbəstlik
verilir. Bəlkə də hər iki cinsə eyni cür münasibət göstərmək düzgün deyildir.
Çünki yeniyetmələr doğuşdan cinslərinə görə fərqlənirlərsə, onlara cinslərinə
uyğun bəslənilən münasibət də fərqli olmalıdır.