Səlbi Abasova
Açar sözlər: ali psixi funksiyalar, kortikal və
subkortikal şöbələr, neyropsixoloji sindrom, analizator sistemləri
Səlbi Ağamehdi qızı Abasova
ALİ PSİXİ FUNKSİYALARIN POZULMASININ SİNDROMLU TƏHLİLİ
Xülasə. Ali psixi funksiyaların pozulması müxtəlif
təzahürlərə malik ola bilər: funksiyanın kobud pozulması, patoloji zəifləməsi və
ya funksiyanın yerinə yetirilmə səviyyəsinin azalması şəklində. Neyropsixoloji
sindromların əsas təsnifatı topik prinsiplə, yəni beynin zədələnmə sahəsinin
ayrılması ilə qurulur. Bununla əlaqədar olaraq, onlar, ilk növbədə, kortikal və
subkortikal şöbələrin zədələnməsi sindromlarına bölünür.