Yasin Cəfərov, Nərgiz Əhmədova, Aysel Zeynalova
Açar sözlər: elektiv kurslar, şagirdlərin idrak marağı, kimya insan
həyatında, təfəkkürün inkişafı
Yasin İsa oğlu Cəfərov,
Nərgiz Firudin qızı Əhmədova, Aysel Çingiz qızı Zeynalova
ŞAGİRDLƏRİN İDRAK
MARAĞININ İNKİŞAFI ÜÇÜN “KİMYA İNSAN HƏYATINDA”
ELEKTİV KURSUNUN TƏŞKİLİ
VƏ KEÇİRİLMƏSİNİN ƏHƏMİYYƏTİ
Xülasə. Məqalə orta məktəb şagirdlərinin kimya fənninə idrak marağının
inkişafı üçün dəyərli olan Kimya insan həyatında‖ elektiv kursunun təşkili və
keçirilməsi mərhələlərinə həsr olunmuşdur. Hal-hazırda orta məktəbdə ixtisas
təhsilinin tətbiqi elektiv kurslar kimi tədris fəaliyyətinin formasına maraq
oyadır. İxtisas hazırlığının bir hissəsi kimi kimya üzrə elektiv kurslar məktəb
kimya təhsilinin tərkib hissəsi olaraq şagirdlərin ətrafında olan və onları əhatə
edən yayılmış maddələr, onların insan həyatındakı rolu və gündəlik həyatda bu
maddələrdən düzgün istifadə qaydaları ilə tanış edir. Kimya insan həyatında‖
elektiv kurs şagirdlərdə kimya fənninə qarşı marağın yaranması və artmasına,
yaradıcı təfəkkürün inkişafına, kimyəvi eksperimentlərin aparılmasına, məktəblilərin
düzgün ixtisas seçimini müəyyənləşdirməsi və kimyəvi baxımdan tanış olan
maddələr haqqında məlumat toplamağına köməklik edir. Bu kurs şagirdlərin əldə
etdikləri biliklərin gündəlik həyatda istifadələrində, kimya ilə bağlı peşəyə
yiyələnmələrində böyük
tərbiyəvi təsirə malikdir.