Əsmət İsmayılxanova
Açar sözlər: pedaqoji təcrübə, səriştə, peşəkarlıq,
metodika, adaptasiya, ünsiyyət, demokratiya, pedaqoji proses, korreksiya, nəzarət
Əsmət İdris qızı İsmayılxanova
TƏCRÜBƏÇİ TƏLƏBƏLƏRİN PEŞƏKAR MÜƏLLİM KİMİ FORMALAŞMASINDA PEDAQOJİ TƏCRÜBƏNİN ROLU
Xülasə. Müəllif yazmış olduğu məqaləsində təcrübəçi
tələbələrin peşəkar müəllim kimi formalaşmasında pedaqoji təcrübənin rolu
haqqında ətraflı məlumat vermişdir.
O, qeyd edir ki, səriştəli, peşəkar müəllim
hazırlığında pedaqoji təcrübənin çox əhəmiyyətli rolu vardır. Müəllimlik sənətində
bir çox praktik bacarıqlar və vərdişlərə yiyələnmək üçün pedaqoji təcrübə ilk təcrübə
məktəbi olmaqla əsil sınaq meydanıdır. Burada əsas məqsəd bütün imkanlardan
bacarıqla yararlanmaq və eyni zamanda yüksək təcrübə toplamaqdır.
Pedaqoji təcrübənin əsas funksiyalarından
bəhs edən müəllif ilk öncə pedaqoji təcrübənin təhsilləndirici, tərbiyəedici və
inkişafedici funksiyalarını qeyd etmişdir. Bu funksiyaların meydana çıxmasında
pedaqoji təcrübədə nəzəriyyə ilə təcrübənin əlaqəsini, nəzarəti,
korreksiyaediciliyi, pedaqoji əməkdaşlığı və ünsiyyəti göstərmişdir.
Daha sonra müəllif bu proseslərin digər
funksiyaların meydana çıxmasına səbəb olduğunu qeyd etmişdir ki, bunlara nəzəriyyə
ilə təcrübənin əlaqələndirilməsi, nəzarət və korreksiyaedici, adaptasiyaedici
funksiyalardır.