Roza İsmayılova
Açar sözlər: istedadlı,
uşaqlar, təhsil, inkişaf, metodika
Roza Darvin qızı İsmayılova
İSTEDADLI UŞAQLARA YANAŞMA METODİKASI
Xülasə. Müasir dövrdə ölkənin inkişafı, xalqın tərəqqisi və maddi rifahı texniki tərəqqinin, kompüter və informasiya texnologiyalarının yüksək inkişaf səviyyəsindən asılıdır. Bu baxımdan dövlətimizin iqtisadi və siyasi cəhətdən daha güclü inkişafı üçün düşünən beyinə, istedadlı, zəkalı elm sahiblərinə həmişə ehtiyacı var. Bu məqsədlə dövlətimiz xüsusi qabiliyyəti və istedadı olan uşaqların aşkara çıxarılıb onlarla hərtərəfli iş aparılmasını məhz təhsil ocaqları qarşısında aktual məsələ kimi qoymuşdur. Bu işdə məktəbin, müəllimin üzərinə mühüm vəzifələr düşür. Müşahidələr və araşdırmalar göstərir ki, məktəblərdə istedadlı uşaqlar az deyil. Sadəcə onları üzə çıxarmaq, düzgün istiqamətləndirmək lazımdır. Onların yaradıcılıq qabiliyyətini inki- şaf etdirmək vacibdir. Aydındır ki, intellekt yalnız məktəbdə və ya universitetdə təhsilalma qabiliyyəti deyil.
İntellekt hər bir insan üçün fərdi xüsusiyyət daşıyır. Uşağın intellektinin inkişafı onun bütün cəhətlərini yaxşılaşdırmağa yönəldilir. Buna görə də, məsələn, məktəbdəki müvəffəqiyyəti ilə fərqlənməyən uşaqlar haqqında intellektin aşağı səviyyəsindən danışmaq kökündən səhvdir.