Akif Abbasov

Açar sözlər: səriştəli tədqiqatçı, Mahirə Nağıqızının poeziya dünyası, şair, şeir, müxtəlif məzmunlu şeirlər, Vətənə həsr olunmuş şeirlər

Akif Nurağa oğlu Abbasov

ÇAĞDAŞ POEZİYAMIZIN SAYILIB-SEÇİLƏN NÜMAYƏNDƏSİ

Xülasə. Mahirə Nağı qızı Hüseynova Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektorudur. O, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsüdür. Filologiya elmləri sahəsində səriştəli tədqiqatçıdır. Lakin məqalədə Mahirə xanımın prorektoru olduğu universitetin beynəlxalq əlaqələrindən və onun elmi fəaliyyətindən danışılmır. Mahirə Hüseynovanın şeirləri diqqət mərkəzinə gətirilir. Onun şeirləri Vətənə, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü, azadlığı uğrunda mübarizəyə, oğul və qızlarımızın qəhrəmanlığına, şəhidlərimizə, anaya həsr edilmişrir. Erməni işğalçılarına qarşı mübarizə və müharibə qələbəmizlə bitmiş, torpaqlarımız işğaldan azad olmuşdur. Mahirə Nağıqızının şeirlərinin bir qismində 44 günlük Vətən müharibəsinin uğurlarından, erməni ordusunun məhvindən danışılır.

Cild 90, №4 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI