Mələk Əzizova

Açar sözlər: biologiya, STEM texnologiyaları, STEAM, yaradıcı təfəkkür, elmi əsaslar 

Mələk Məhəmməd qızı Əzizova

VI SİNİF BİOLOGİYA DƏRSLƏRİNDƏ STEM TEXNOLOGİYALARINDAN İSTİFADƏNİN ELMİ ƏSASLARI

Xülasə. Məqalədə biologiya dərslərində STEM texnologiyasından istifadənin elmi əsaslarının əsas müddəaları haqqında məlumat verilir. Ümumtəhsil məktəblərində biologiya kursunun tədrisi, təlimi və tərbi- yəsi prosesində şagirdlərə yanaşmaların yenidən nəzərdən keçirilməsi üçün zəruri tələblər araşdırılmışdır. (Tayson, 2007) (Felder, 2016) Məqalədə, həmçinin həmin texnologiyalar və onların biologiya dərslərində istifadəsinə düzgün yanaşma ətraflı təsvir edilmişdir. Məqalədə fənlərdən daha çox fənlər üzrə inteqrasiya olunmuş təhsil kimi STEM təhsilinin üstünlüklərinin təhlili; yaradıcı təfəkkür və problem həlletmə bacarıqla- rının inkişafı; texniki fənlərə marağın inkişafı və s., həmçinin müasir texnoloji istiqamətlərin üstünlükləri və onların təlim kursunu hazırlayan müəllimin işində tətbiqi imkanlarının təhlili aparılır. Praktiki material kimi biologiya dərslərində STEM texnologiyası vasitəsilə hesablamalar və riyazi həllər, onların həlli ilə bağlı bir sıra fikirlər təklif edilmişdir.

Cild 90, №4 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI