Şahnaz Abdullayeva

Açar sözlər: dərsliklər, milli dəyərlər, ümumbəşəri dəyərlər, şagird, tələb

Şahnaz Ağasəməd qızı Abdullayeva

VII SİNİF İNGİLİS DİLİ DƏRSLİYİNDƏ MİLLİ VƏ ÜMUMBƏŞƏRİ DƏYƏRLƏR

Xülasə. Məqalədə milli və ümumbəşəri dəyərlər, məktəblilərin milli və ümumbəşəri dəyərlərə məhəb- bət ruhunda tərbiyəsi araşdırılmışdır və bu məqsədlə 7-ci sinif şagirdlərinə milli və ümumbəşəri dəyərlərin aşılanmasında 7-ci sinif ingilis dili dərsliyinin rolu dəyərləndirilmişdir. Üç müəllifin (Könül Heydərova, Günay Qurbanova və Sevinc Məmmədova) birgə ərsəyə gətirdiyi ümumi təhsil müəssisələrinin 7-ci sinifləri üçün ingilis dili (əsas xarici dil) fənni üzrə dərslik 12 avqust 2022-ci ildə əlyazma halında yığılmış və çapa imzalanmışdır. Ümumi təhsil müəssisələri üçün bütün dərsliklər kimi ingilis dili dərsliyi də Azərbaycan Res- publikası Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli qərarı ilə təsdiq edilmiş ―Azərbay- can Respublikasında ümumi təhsilin dövlət standartları‖ sənədinə və ―Azərbaycan Respublikasının ümum- təhsil məktəbləri üçün xarici dil fənni üzrə təhsil proqramı (kurikulumu)‖na əsasən hazırlanmışdır. Məqalə boyu həmin sənədlərdə milli və ümumbəşəri dəyərlərin dərsliklərdə əks olunması haqqında qoyulmuş tələb- lər və həmin dəyərlərin və tələblərin 7-ci sinif ingilis dili dərsliyində necə əks olunduğundan bəhs olunur.

Cild 90, №4 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI