Gülyanaq Nəbiyeva

Açar sözlər: humanizm ideyaları, Azərbaycanda humanizm, milli mətbuat, pedaqoji fikir, XIX əsrin II yarısı, mədəni-pedaqoji mühit

Gülyanaq Mahir qızı Nəbiyeva

XIX ƏSRİN II YARISINDA AZƏRBAYCAN MƏTBUATINDA

HUMANİZMİN İNKİŞAFI

Xülasə. XIX əsrin II yarısı Azərbaycan xalqının milli-mədəni və pedaqoji həyatında əlamətdar və parlaq bir dövrdür. Xalqımızın tarixi taleyində milli mətbuatın yaranması və ilkin inkişaf mərhələsi də bu dövrün payına düşür. Bu dövrdə milli mətbuatda təbliğ edilən ideyalar cərgəsində yeni məzmunlu humanizm ideyaları da var idi. H. Zərdabi və S. Ünsizadə başda olmaqla mütərəqqi məfkurəli maarifçilərimiz humanizm ideyalarını coşqun şəkildə təbliğ edirdilər. Onlar geniş kütləyə anlatmağa çalışırdılar ki, cəmiyyətdə əsaslı şəkildə humanizmə nail olmadan demokratik cəmiyyət yaratmaq mümkün deyil. Həmçinin humanist cəmiyyət yaratmadan inkişafa nail olmaqolmaz. Məqalədə biz deyilən bu məsələlərin geniş elmi şərhini verməyə çalışmışıq. 

Cild 90, №1 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI