Könül Mikayılova, Tavat Muradlı, Gülnarə Şahmuradova

Açar sözlər: təhsil maraqları, həyati təhlükə, repressiya

Könül Vaqif qızı Mikayılova, Tavat Hüseyn qızı Muradlı, Gülnarə Vilayət qızı Şahmuradova

ÇAR RUSİYASI DÖVRÜNDƏ ALİ TƏHSİL ALAN ŞUŞA ZİYALILARININ ELMİ

TƏRƏQQİNİN İNKİŞAFINDA ROLU

Xülasə. Şuşa Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin mədəniyyət paytaxtıdır. Məqalədə Şuşa vətəndaşlarının təhsilə olan meyl və maraqları öz əksini tapıb. Çar Rusiyası dövründə Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil alan Səfərəli Vəlibəyov, Muxtar Muradov, Abdulla Məlikaslanov, Süleyman (Sani) Axundov, Üzeyir Hacıbəyov, Zülfüqar Hacıbəyov və digər ziyalıların adları vurğulanmışdır. Bu tələbələr təhsil aldıqları müddətdə bütün çətinliklərin öhdəsindən gələrək təhsillərini başa vurub və sonradan Azərbaycan təhsilinin və mədəniyyətinin inkişafına öz töhfələrini vermişdilər. Yeniyetmə uşaqların təhsillənməsində, dərslik və dərs vəsaitlərinin hazırlanmasında, elmi-mədəni irsimizin inkişafında müəyyən xidmətlər göstərmişdilər. Eyni zamanda, imperiyanın müxtəlif ali təhsil müəssisələrində təhsillərini davam etdirən bir cox ziyalılarımıza dair məlumatlar da məqalədə yer almışdır. Onların seçdikləri ali təhsil müəssisələri və təhsil aldıqları ixtisaslar qeyd olunmuşdur. Azərbaycanlı gənclər rus dilini bilmədən, böyük çətinliklərlə üzləşərək təhsil almaqla xalqına, vətəninə layiqli şəxsiyyətlərə çevrilmişlər. Məqalədə, həmçinin repressiya qurbanı olmuş qarabağlı ziyalıların adları açıqlanmışdır. Azərbaycan tarixinə qanlı izlər salmış repressiya yüzlərlə günahsız insanların, onların ailələrinin faciəvi ölümünə səbəb olmuşdur. Məhz azərbaycanlı ziyalıların kütləvi

şəkildə təmizlənməsinə xidmət edən repressiya siyasi baxımdan xalqin maariflənməsinə, inkişafına da əks təsir göstərirdi. 

Cild 90, №1 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI