Şərafət Baxışova
Açar sözlər: valeoloji təhsil, sağlam
insan, sağlam həyat tərzi, ailənin voleoloji bilikləri, düzgün fiziki inkişaf,
sağlamlığın keyfiyyəti
Şərafət Aram qızı
Baxışova
MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARIN
VALEOLOJİ TƏRBİYƏSİ SAĞLAM HƏYAT
TƏRZİNİN FORMALAŞMASI AMİLİ
KİMİ
Xülasə. Sağlam və kamil insan yetişdirmək cəmiyyətin ən mühüm vəzifəsidir.
Valeologiya sağlamlıq elmidir. Uşaq bağçasında valeologiya üzrə yaxşı
hazırlanmış məşğələlər gələcəkdə uşağın sağlamlığını qorumağa, həyati təhlükəsi
olan vəziyyətlərə düşməməyə kömək edəcəkdir. Valeologiya məşğələlərinin məqsədi
uşaqların öz bədənləri, sağlamlıqları və həyat üçün təhlükəli vəziyyətlər haqqında
təsəvvürlərini genişləndirmək, onlarda şəxsi gigiyena bacarıqları, şifahi
ünsiyyətə, asudə vaxt mədəniyyətinə yiyələndirməkdir.