Hicran Şərifov

Açar sözlər: xüsusi təyinatlı, kursant, fiziki hazırlıq, xüsusi fiziki hazırlıq nəticənin qiymətləndirilməsi

Hicran İbrahim oğlu Şərifov

XÜSUSİ TƏYİNATLI ALİTƏHSİL MÜƏSSİSƏLƏRİ KURSANTLARINDA FİZİKİ

HAZIRLIQ ÜZRƏ SƏRİŞTƏLƏRİN FORMALAŞDIRILMASI

Xülasə. Məqalədə xüsusi təyinatlı ali təhsil müəssisələrində kursantlarla və fiziki hazırlıq fənni üzrə aparılan eksperimental işin nəticələrindən danışılır. Beynəlxalq tələblər əsas götürülərək kursantlara aşılanan səriştələr müəyyənləşdirilir. Bu zaman ― öyrənməyi öyrənin, etməyi öyrənin, birlikdə yaşamağı öyrənin, yaşamağı öyrənin‖ tələbləri fiziki hazırlıq və xüsusi fiziki hazırlığın məzmununa gətirilir. Müşahidə, müsahibə və sorğu metodundan istifadə olunaraq kursantların fiziki hazırlığı və xüsusi fiziki hazırlıq üzrə ehtiyaclar öyrənilir. Fənn üzrə xüsusi məzmun hazırlanır və eksperimental qruplarda sınaqdan keçirilir. Alınan nəticə keyfiyyətin yüksəldiyini və məzmunun səmərəliyini bir daha təsdiq etdi. 

Cild 90, №1 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI