Rafael Əliyev

Açar sözlər: XIX əsrin sonu, XX əsrin əvvəllərində ədəbi mühit, uşaq ədəbiyyatı, uşaq poeziyası, maarifçilik hərəkatı, R. Əfəndiyev , Abdulla Şaiq, A. Səhhət, dərsliklər

Rafael Mail oğlu Əliyev

AZƏRBAYCAN UŞAQ ƏDƏBİYYATININ MAARİFÇİ-REALİST DÖVRÜ

Xülasə. XIX əsri sonu, XX əsrin əvvəlləri Azərbaycan uşaq ədəbiyyatının inkişafında xüsusi mərhələdir. Yeni tipli məktəblərin yaranması, dərslik ehtiyacı, anadilli məktəblərin problemləri, uşaqların məktəbə cəlb edilməsi, qadın təhsili, əlifba məsələsi və s. kimi məsələlər həllini gözləyən aktual problemlərdən idi. Dövrün şair və yazıçıları maariflənməni bir problem kimi bütünlükdə mühitin qarşısına qoyurdu. Gələcək nəslin formalaşmasında da uşaq ədəbiyyatının inkişafını xüsusi olaraq qeyd edirdilər. S.Ə. Şirvani, A. Bakıxanov, S.M. Qənizadə, R. Əfəndiyev, A. Şaiq, A. Səhhət, M.Ə. Sabir, Ə. Nəzmi, M. Sidqi və başqaları bu istiqamətdə gərəkli əsərlərin yaranmasında mühüm rol oynamışlar. 

Cild 90, №1 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI