Təranə İsmayılova

Açar sözlər: mənəvi tərbiyə, şəxsiyyət, xalq, lider, mənəvi sərvət, müstəqillik, təhsil, tərbiyə 

Təranə Mehman qızı İsmayılova

HEYDƏR ƏLİYEV ŞƏXSİYYƏTİ MƏNƏVİ TƏRBİYƏ VASİTƏSİ KİMİ

Xülasə. Hər bir dövlətin nüfuzu, qüdrəti və sərvətləri qiymətləndirilərkən onun ərazisi və əhalisinin az və ya çoxluğu, təbii və maddi sərvətləri, hərbi qüdrəti ilə yanaşı, mənəvi sərvətləri, mənəvi zənginlikləri də nə- zərə alınır. Zəngin xalq – zəngin tarix, zəngin mədəniyyət və incəsənət, zəngin elm və yüksək təhsil, istedadlı oğul və qızlar, zəngin mənəvi irs deməkdir. Xalqın hər dövrdə, hər vəziyyətdə dünya şöhrətli dahiləri, tanınmış şəxsiyyətləri varsa, o, zəngin xalqdır. Hər bir ölkənin, xalqın tarixində, həyatında ən çətin və həlledici məqam- da onun əsl liderinin yetişməsi fikri ilə razılaşmaq olar. Azərbaycan Respublikasının ağır günlərində, həlledici məqamda Heydər Əliyev günəş kimi doğdu. H. Əliyev ölkənin və millətin ən acınacaqlı vaxtında hakimiyyətə gələn, həlli düyünə düşən taleyüklü məsələləri qısa müddətdə yoluna qoyan dahi şəxsiyyətdir.

Cild 90, №2 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI