Aytən Daşdəmirova
Açar
sözlər: pedaqoji dəyərlər, fəaliyyət,
struktur, müəllim modeli, özünüaktuallaşdırma.
Aytən
Təmraz qızı Daşdəmirova
MÜƏLLİMİN
PEŞƏ FƏALİYYƏTİNDƏ PEDAQOJİ DƏYƏRLƏRİN YERİ VƏ ROLU
Xülasə. Pedaqoji
dəyərlər özünün mahiyyət və məzmununa görə müəllimin peşə fəaliyyətində önəmli
rol oynayır. Bu dəyərlər müəllim fəaliyyətini nizama salır və onu daha məhsuldar
edir. Həmçinin pedaqoji fəaliyyətin məzmun və məqsədinin reallaşmasına əsaslı təsir
göstərir. Yetər ki, müəllim bu dəyərləri mənimsəmiş olsun və fəaliyyətində
onları reallaşdıra bilsin.
Pedaqoji dəyərlərin
formalaşdırılması onun yerinin və rolunun düzgün müəyyənləşdirilməsindən və müəllimlərin
onu öz fəaliyyətlərində səmərəli tətbiq etmələrindən çox asılıdır. Məqalədə bu
sahədə aparılmış bir çox tədqiqatlara nəzər yetirilmiş, pedaqoji dəyərlərin
yeri və roluna dair tədqiqatlar araşdırılmış və bu dəyərlərin məzmununa münasibət
bildirilmişdir.