Adilə Nəzərova
Açar sözlər: İslam dəyərləri, Heydər Əliyev siyasəti, İslam
Kolleci, şəxsiyyət bütövlüyü
Adilə Həsən qızı
Nəzərova
HEYDƏR ƏLİYEVİN İSLAM
DƏYƏRLƏRİNƏ DAİR FİKİRLƏRİ İLƏ TANIŞLIQ
ŞƏXSİYYƏT BÜTÖVLÜYÜNÜN
AMİLİ KİMİ
Xülasə. Azərbaycan gənclərinin həyatda uğur qazanması,
sülh və əmin-amanlıq içində yaşaması üçün
onları milli-mənəvi,
dini dəyərlərimizlə birləşdirmək Heydər Əliyev siyasətinin əsas
istiqamətlərindən biri olmuşdur. Ulu öndərin bu yolda əsas məqsədi
tolerantlığın və milli mədəniyyətimizin, dini dəyərlərimizin Azərbaycan
gənclərinə düzgün şəkildə təbliğ edilməsi olmuşdur. Belə ki, hazırda Azərbaycan
xalqı, o cümlədən gənclər ümumbəşəri, tolerant və multikultural dəyərlərlərlə
yanaşı, islam sivilizasiyasına mənsub dəyərləri də özündə yaşadır.