Samirə Hacıyeva

Açar sözlər: elektron kitabxana, ədəbiyyat, İKT, elektron kataloq, ali məktəb, tədris prosesi, elektron resurslar, informasiya mənbələri

Samirə Feyruz qızı Hacıyeva

ALİ MƏKTƏB KİTABXANALARINDA ELEKTRON RESURSLARDAN İSTİFADƏNİN TƏLİMİN KEYFİYYƏTİNƏ TƏSİRİ

Xülasə. Hər bir ali məktəbin nüfuzu yüksək səviyyəli təhsillə bərabər, onun əməkdaşlarına və tələbələrə elmi-metodik xidmət göstərən kitabxana sisteminin fəaliyyətindən daha çox asılıdır. Hazırda kitabxanala- rın qarşısında olduqca böyük vəzifələr durur ki, bu da orada çalışan əməkdaşlardan işə, xidmətə daha məsuliyyətlə yanaşmağı tələb edir. Bu mənada müstəqil Azərbaycanın gələcəyini təmin edəcək bacarıqlı mütəxəssislərin hazırlanmasında ali məktəb kitabxanasında elektron resurslardan istifadənin təlim prosesinə təsirinin əhəmiyyətini xüsusi qeyd etməliyik.

Məqalədə də məhz bu kimi aktual məsələyə toxunulur, ali məktəb kitabxanasının müasir tələblərə uyğun fəaliyyətinin əsas istiqamətləri konkret nümunələr əsasında ümumiləşdirilir.

Cild 90, №6 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI