Emilya Hüseynova
Açar sözlər: yuxarı sinif şagirdləri, fəal mövqe, fəal
vətəndaşlıq mövqeyi, fəal vətəndaşlıq mövqeyinin formalaşdırılması, azərbaycançılıq
Emilya Rafiq qızı Hüseynova
ŞAGİRDLƏRDƏ FƏAL VƏTƏNDAŞLIQ MÖVQEYİNİN
FORMALAŞDIRILMASI TƏHSİL MÜƏSSİSƏSİNİN MÜHÜM VƏZİFƏSİ KİMİ
Xülasə. Təhsil müəssisələrinin, o cümlədən
ümumtəhsil məktəbinin üzərinə bir sıra vəzifələr qoyulur.
Həmin vəzifələr sırasında vətəndaşlıq tərbiyəsi
çox böyük rola malikdir. Fəal vətəndaşlıq tərbiyəsi insanlardan, şagirdlərdən
öz hüquqlarını bilmələrini və vəzifələrini yerinə yetirmələrini, azərbaycançılıq
ideyalarına sadiq qalmağı, fəal həyat mövqeyinə sahib olmağı, vətənpərvər,
yurdsevər olmağı, Vətəninin müdafiəsini özü üçün mühüm bir borc olduğunu
anlamasını və bu sahədə fəaliyyət göstərməsini tələbata çevirir.
Bu məqalədə şagirdlərdə fəal vətəndaşlıq
mövqeyinin formalaşdırılması təhsil müəssisəsinin mühüm vəzifəsi kimi nəzərdən
keçirilir.
