Gülbəniz Həsənova
Açar sözlər: fiziki, idman, oyun, tərbiyə, təlim,
turizm
Gülbəniz Adil qızı Həsənova
FİZİKİ TƏRBİYƏNİN MAHİYYƏTİ, ƏHƏMİYYƏTİ
VƏ VƏZİFƏLƏRİ
Xülasə. Elmi məqalədə ilkin olaraq fiziki tərbiyənin
mahiyyəti açıqlanmışdır. Daha sonra fiziki tərbi- yənin başlıca yollarından
biri olan səhər gimnastikası və onun şagirdlər və tələbələr üçün zəruriliyi irəli
sürülmüşdür. Bədən tərbiyəsi məşğələləri və onun dərəcələri göstərilmişdir.
İnsan orqanizmini fiziki cəhətdən möhkəmləndirən idmanın növləri: futbol, voleybol,
basketbol, badminton, tennis, xokkey, ağırlıqqaldırma, güləş, üzgüçülük və
onların təşkili qaydaları izah olunmuşdur. İnsan orqanizminin möhkəmləndirilməsində
və bir sıra faydalı mənəvi keyfiyyətlərin formalaşdırılmasında milli oyunların əhəmiyyəti
göstərilmişdir.
Sağlamlığın möhkəmləndirilməsinə,
fiziki bacarıq və keyfiyyətlərin gənc nəslə aşılanmasına yardım vasitələ- rinin
faydaları göstərilmişdir.