Samirə Yasinova
Açar sözlər: metodika, keyfiyyət, qabiliyyət, bilik,
dünyagörüşü, yaradıcılıq, təşkilatçılıq, ünsiyyət, diqqət, qayğıkeşlik,
nikbinlik, humanizm.
Samirə Mürşüd qızı Yasinova
MÜƏLLİMİN ŞƏXSİ KEYFİYYƏTLƏRİ VƏ PEŞƏ QABİLİYYƏTLƏRİ
Xülasə. Müəllimin şəxsi keyfiyyətləri ilə peşə
qabiliyyətlərinin vəhdəti onun peşəkar və səriştəli müəl- lim obrazını yaradır
və pedaqoji fəaliyyətində mühüm rol oynayır. Şəxsi keyfiyyətlərlə peşə qabiliyyətləri
bir- birinə təsir etməklə həm də müəllimi bir şəxsiyyət kimi xarakterizə edir.
Buna görə də müasir müəllimdə bunların hər ikisi də yüksək səviyyədə olmalı və
biri digərini tamamlamalıdır. Təqdim edilən məqalədə bu keyfiyyətlərə toxunulur
və peşəkar müəllim şəxsiyyətinin formalaşmasında onların müsbət təsirindən bəhs
edilir.