İradə Əmirəliyeva
Açar sözlər: multikulturalizm, tolerantlıq, Heydər Əliyevin
ideyaları, multikulturalizmin bərqərar
olması, tolerantlığın
mövcudluğu, tolerantlığın tərbiyə olunması
İradə Böyükağa qızı
Əmirəliyeva
ÜMUMMİLLİ LİDER HEYDƏR
ƏLİYEV AZƏRBAYCANDA MULTİKULTURALİZM
VƏ TOLERANTLIQ HAQQINDA
Xülasə. Azərbaycan tarixən multikulturalizm diyarı
kimi özünü təsdiq edib. Müəllim-tələbə, müəllim
şagird münasibətlərinin
düzgün qurulmasında və səmərəli olmasında, şəxsiyyətlərarası ixtilafların
qarşısının alınmasında, aradan qaldırılmasında, yaxud həll edilməsində
tolerantlıq özünəməxsus rol oynayır. Məqalədə Ümummilli Liderimiz Heydər
Əliyevin Azərbaycanda multikulturalizm və tolerantlıqla bağlı fikirləri yada
salınır, tələbələrin və şagirdlərin həmin fikirlərlə tanış edilmələri
məqsədəuyğun hesab edilir.