Gülnar Məmmədova, Vəfa Bayramova
Açar sözlər: təlim prosesi, mənəvi tərbiyə, mənəvi tərbiyənin
təşkili, mənəvi keyfiyyətlər, kiçik yaşlı məktəblilər
Gülnar Bəhram qızı Məmmədova, Vəfa İlqar qızı Bayramova
TƏLİM
PROSESİNDƏ KİÇİKYAŞLI
MƏKTƏBLİLƏRİN
MƏNƏVİ TƏRBİYƏSİNİN TƏŞKİLİ TƏCRÜBƏSİNDƏN
Xülasə. Şagirdlər təhsil ocağında təkcə biliklər
qazanmır, eyni zamanda tərbiyə alırlar. Deməli, ümumtəhsil məktəbinin başlıca vəzifəsi
həm də məktəblilərin tərbiyəsi, o cümlədən mənəvi tərbiyəsi üzrə iş
aparmasıdır. İbtidai siniflərdə tədris olunan fənlərin demək olar ki, hər
birinin şagirdlərdə mənəvi keyfiyyətləri formalaşdırmaq və inkişaf etdirmək
baxımından zəngin imkanları vardır. Məqalədə təlim prosesində kiçikyaşlı məktəblilərin
mənəvi tərbiyəsinin təşkili məsələlərindən danışılır. Azərbaycan dili və Həyat
bilgisi fənlərinin materialları əsas götürülür.