Afaq Hüseynzadə-Kiçikbəyova
Açar
sözlər: Əli bəy Hüseynzadə,
türkçülük, islamçılıq, turançılıq, müasirlik
Afaq
Umudvar qızı Hüseynzadə-Kiçikbəyova
ƏLİ BƏY
HÜSEYNZADƏNİN İCTİMAİ-SİYASİ GÖRÜŞLƏRİ VƏ MƏDƏNİ FİKİRLƏRİ
Xülasə. Məqalə Azərbaycanın filosofu, ədibi və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli simalarından biri olan, həmçinin uzun müddət həkim, alim, rəssam, şair, tənqidçi, tərcüməçi, jurnalist, müəllim kimi fəaliyyət göstərən hər birində öz izini, irsini qoy- muş Əli bəy Hüseynzadənin ictimai-siyasi görüşlərinə həsr olunmuşdur. XX əsr Azərbaycan ictimai fikir tarixinin görkəmli nümayəndəsi Əli bəy Hüseynzadənin Azərbaycan məktəb və pedaqoji fikir tarixinin öyrənilməsində, xalqımızın milli oyanışında, milli məfkurənin yaranmasında, milli özünü- dərk və dirçəlişində, milli dövlətçiliyimizin formalaşmasında, milli maarifçilik hərəkatının tərəqqi- sində, mətbuat və mədəniyyətimizin inkişafında müstəsna xidməti vardır.