Adilə Xəlilova
Açar sözlər: innovbasiya
prosesləri, innovasiya fəaliyyəti, yenilik, innovativ texnologiyalar, ibtidai məktəb,
texniki yenilik, təhsil innovasiyaları
Adilə Rasim qızı Xəlilova
İBTİDAİ SİNİFLƏRDƏ İNNOVATİV FƏALİYYƏTİN MƏZMUNU VƏ STRUKTURU
Xülasə. Məqalədə ibtidai sinif müəlliminin innovativ fəaliyyətinin əsas məqamları açıqlanır. İbtidai məktəbdə yeniliklər kiçik yaşlı məktəblilərin tərbiyə və təhsilinin keyfiyyətinin yüksəldilməsinə yönəlib. Təşəkkülün müxtəlif dövrlərində bu yeniliklər müxtəlif məqsəd, vəzifə, məzmun və təzahürlərə malikdir.
Müasir dövrdə müəllimlərin fəaliyyətinə yeni tələblər irəli
sürülür. Bunlar arasında ən əsası innovativ metod və texnologiyalardan məcburi
istifadədir. Müəllimlər ibtidai siniflərdə innovativ pedaqoji ideyaların həyata
keçirilməsinin səmərəli yollarını seçməklə üzləşirlər. Müəllim daha məlumat mənbəyi
deyil: şagirdlər bilikləri müstəqil şəkildə əldə edir və təcrübədə sınaqdan
keçirirlər.