Aynur Mahmudova

Açar sözlər: qarşılıqlı münasibətlər, şəxsiyyət, qabiliyyət, məntiqi təfəkkür, əməkdaşlıq, təlim marağı, öyrədən və öyrənən.

Aynur Yaqub qızı Mahmudova

TƏLİM FƏALİYYƏTİNDƏ MÜƏLLİM-ŞAGİRD QARŞILIQLI MÜNASİBƏTLƏRİ

Xülasə. Məqalədə təlim fəaliyyətində müəllim-şagird qarşılıqlı münasibətlərinin həlledici məqamları barədə danışılır. Müəllim və şagird arasındakı səmərəli münasibət, təhsil və tərbiyə prosesində uğur qazanmağa yardım edir. Pedaqoqa qarşı pozitiv münasibət təlimə marağı, şagirdlərin biliklərə yiyələnmə istəyini artırır. Bu zaman müəllim nəyin korreksiyaya ehtiyacı olduğunu, mənimsənildiyini və özünün nəyə əsaslanacağını müəyyənləşdirə bilir. Bu mənimsəmə prosesləri öz-özünə baş vermir. Formalaşan şagird şəxsiyyəti müəllimin onu dəstəkləməsi nəticəsində digər insanların nəzər nöqtəsini, davranış və əməllərini nəzərə almağın vacibliyinə nəzər yetirir. Məqalədə eyni zamanda müəllim və uşaq arasındakı qarşılıqlı münasibətlər sisteminə nüfuz edən əsas komponentin hər bir şagirdin şəxsiyyətinə hörmətdən ibarət olduğu məsələləri barədə fikir açıqlanır.

Cild 90, №6 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI