Sədaqət Əliyeva
Açar
sözlər: informasiya-kommunikasiya
texnologiyaları, tərbiyəçi-müəllim, uşaq bağçası, inteqrasiya
Sədaqət
Ağarəhim qızı Əliyeva
GƏLƏCƏK
TƏRBİYƏÇİ-MÜƏLLİMLƏRİN PEŞƏKARLIĞININ ARTIRILMASINDA İNFORMASİYA-KOMMUNİKASİYA
TEXNOLOGİYALARINDAN İSTİFADƏNİN İMKAN
VƏ YOLLARI
Xülasə. İnformasiya-kommunikasiya
texnologiyaları (İKT) son illərdə məktəbəqədər təhsilə getdikcə daha çox
inteqrasiya olunur. Bu məqalədə universitet tələbələrinin uşaq bağçasında fəaliyyətə
hazırlanmasında İKT- dan istifadənin əhəmiyyəti, həmçinin İKT-nın uğurlu
inteqrasiyası üçün problemlər və strategiyalardan bəhs edilir.
Eyni zamanda məqalədə
gələcək tərbiyəçi-müəllimlərin uşaq bağçalarında daha uğurlu işləməsinə kömək
etmək üçün İKT-dan peşəkarcasına istifadənin yollarını araşdırır. Məqalədə məktəbəqədər
təhsildə İKT-dan istifadənin üstünlükləri və çətinlikləri, İKT-nin məktəbəqədər
təhsil kurikuluma inteqrasiyası təhlil edilir.