Lalə Rəhimova
Açar
sözlər: müəllim,
peşə səriştəsi, tədris proqramları, metodik sistem, informasiya cəmiyyəti, İKT
savadlığı, İKT səriştəliyi
Lalə Kamal qızı Rəhimova
GƏLƏCƏK İBTİDAİ SİNİF MÜƏLLİMLƏRİNİN İKT SƏRİŞTƏLİYİNİN FORMALAŞMASI ÜZRƏ İŞİN SİSTEMİ
Xülasə. Müasir müəllim peşəsinin əsas səriştələrindən biri İKT səriştəliyidir. İKT-nin tətbiqi sayəsində fən- lərin tədrisi keyfiyyəti yüksəlir, təlim prosesi fərdi xarakter alır və səmərəli olur. Müəllimin fərdi peşəkarlığının yüksəlməsi üçün əsas onun İKT bacarıqlarını mənimsəməsi, İKT səriştələrinə sahib olması mühümdür. Məqalədə İKT səriştəsinin formalaşması üçün məzmun yanaşması əsasında metodik sistemin layihələndirilməsi və qurulma- sı nəzərdən keçirilir. İKT sahəsində peşə hazırlığının hər bir kursu üzrə cari və yekun nəzarətin həyata keçirilməsi, eləcə də gələcək ibtidai sinif müəllimlərinin İKT sahəsində peşə hazırlığına kompleks yanaşma vacibdir.