İsmət Məmmədova, Türkan Süleymanova
Açar sözlər: bilik və bacarıq,
keyfiyyət, monitorinq
İsmət Məmməd qızı Məmmədova, Türkan Mübariz qızı
Süleymanova
TƏHSİLALANLARIN BİLİK VƏ BACARIQLARININ FORMALAŞDIRILMASININ MONİTORİNQİ
Xülasə. Təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi
ənənəvi olaraq onların əldə etdikləri bilik, bacarıq və dəyərlərin kəmiyyətcə
qiymətləndirilməsinə əsaslanır. Lakin şagirdlərin təlimin nəticələrini müəy- yən
edən şəxsi keyfiyyətlərinin qiymətləndirilməsi sistemi mövcud deyildir. Daha təəccüblüsü
budur ki, təli- min məqsədlərini əks etdirən sənədlərin hamısında təlim-tərbiyə
prosesində formalaşmalı olan müxtəlif şəxsi keyfiyyətlərdən bəhs olunur. Ola
bilsin bu onunla əlaqədardır ki, şəxsi keyfiyyətlərin kəmiyyətcə qiymətlən-
dirilməsi praktik olaraq həyata keçirilməsi çətin olan bir məsələdir. Buna
baxmayaraq, ancaq şəxsi keyfiyyət- lərin qiymətləndirilməsi təlim prosesinin
yekunları haqqında tam təsəvvür yaratmağa imkan verə bilər. Bu sahədə məktəbdə
psixoloji xidmətin üzərinə mühüm vəzifələr düşür. Bununla əlaqədar olaraq
şagird nailiy- yətlərinin qiymətləndirilməsi prosesinə aid məsələlərindən ən
başlıcasını onun şəxsi keyfiyyətlərinin diaq- nostik yolları və metodlarının
işlənib hazırlanması təşkil edir.