Oqtay Abbasov, Günay Zalova
Açar sözlər: qiymətləndirmə, müasir qiymətləndirmə, ənənəvi qiymətləndirmə
Oqtay Allahverən oğlu Abbasov, Günay Elşad qızı
Zalova
ƏNƏNƏVİ VƏ MÜASİR QİYMƏTLƏNDİRMƏ SİSTEMİ
Xülasə. Məqalədə toxunduğumuz mövzu müasir və ənənəvi təhsil sistemlərin
fərqlərini özündə birləşdirir. Belə ki, ənənəvi, yoxsa müasir təhsil sistemi
daha faydalıdır deyə sual qoysaq, cavabında müasir təhsil sistemini seçmiş
olarıq. Səbəb olaraq qeyd edə bilərik ki, ənənəvi təhsil sistemindən fərqli
olaraq, müasir Bolonya sisteminə keçid bizlərin dünya ölkələrində fəaliyyət
göstərən universitetlərə çıxışımızı müqayisəolunmaz dərəcədə asanlaşdırdı.
Bolonya sisteminə keçid, həmçinin tələbələrə bütün 2 və ya 4 illik təhsili tam
olaraq xarici ölkədə alma imkanı olmayan tələbələrin 1-2 semestr kimi qısa
müddət üçün də dünya ölkələrində olan ali təhsil ocaqlarına keçidinə imkan
yaratdı. Nəzərə almalıyıq ki, bu gün universitetlərimizdə kifayət qədər xarici
təhsilli müəllimlər fəaliyyət göstərir və bu da zamanla ölkəmizin təhsil
səviyyəsinin dünya təhsil səviyyəsinə çatmasına vəsilə olacaqdır.