Ayşən İsmayılova, Nərgiz Niftəliyeva

Açar sözlər: şəxsiyyət, sosial antropologiya, mədəniyyət, qrup, fəaliyyət, ünsiyyət

Ayşən Fəxrəddin qızı İsmayılova, Nərgiz Nazim qızı Niftəliyeva

ŞƏXSİYYƏT – PSİXOLOGİYA VƏ SOSİAL ANTROPOLOGİYANIN MODELİ KİMİ

Xülasə. Müasir dövrə qədərki zamanlara nəzər saldıqda şəxsiyyətin kimliyi daha çox onun doğulduğu cəmiyyətdə doğulduğu statuslar ətrafında müəyyənləşirdi. Dünyaya gəldiyi andan etibarən onun nə olduğu və necə olması ilə bağlı hər şeyi mühit müəyyən edirdi. Fərd ona verilən rol çərçivəsində formalaşıb və ölənə qədər bu çərçivədə görülürdü. Onun yaşamaqdan başqa bir çox alternativi yox idi. Modernləşmə ilə sonradan əldə oluna biləcək statuslar insanın şəxsiyyətini təyin edən əsas amilə çevrilib. Sözlərdən əlavə, şəxsiyyət sosial həyatı, mədəniyyəti, geyim, qeyri-verbal ünsiyyət forması olan məkan, istifadə olunan əşyalar, yemə və içmə vərdişləri, aksesuarlar və zinət əşyaları ilə formalaşır və təmsil olunur. Bu, şəxsiyyət anlayışını iqtisa- diyyatdan sosiologiyaya, psixologiyadan antropologiyaya, sosiologiyadan hüquqa qədər bir çox elm sahəsi ilə əlaqəli edir. Şəxsiyyətin bu çoxölçülü quruluşu və müxtəlif elm sahələrinin hər bir ölçü ilə məşğul olması şəxsiyyəti mürəkkəb və olduqca mübahisəli bir mövzuya çevirir.

Sosial antropologiyada şəxsiyyət sosial və mədəni reallığı ilə bağlı öz anlayışını ifadə edir. Başqa sözlə, fərdin özünü necə təyin etməsi, mənsub olduğu qrup tərəfindən necə formalaşması kimi elementlərdən ibarətdir.

Psixologiyada insan şəxsiyyət kimi qiymətləndirilərkən onun sosial tərəfi ön plana çəkilir. Psixologiyada şəxsiyyət fərdin obyektiv fəaliyyətdə və ünsiyyətdə əldə etdiyi və sosial münasibətlərin şəxsiyyətdə təmsil olunma dərəcəsini xarakterizə edən sosial keyfiyyətə aiddir.

Cild 90, №6 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI