Elmira Kərimova

Açar sözlər: sağlamlıq imkanları məhdud uşaqlar, xüsusi təhsil, xüsusi təhsil sisteminin təkmilləşdirilməsi, inteqrativ təhsil, respodent, sorğu, nəticələrin təhlili

Elmira Mahmud qızı Kərimova

SAĞLAMLIQ İMKANLARI MƏHDUD UŞAQLARIN TƏHSİLİ MÜƏLLİMLƏRİN VƏ VALİDEYNLƏRİN GÖZÜ İ

(aparılan sorğuların nəticələrinin təhlili əsasında)

Xülasə. Sağlamlıq imkanları məhdud uşaqların həyata inteqrasiyasında olan çətinliklərin öyrənilməsi ilə əlaqədar 2023-cü ilin may-iyun aylarında Bakı şəhərinin 10 xüsusi məktəb və internat-məktəbində anket sorğuları keçirilib. Sorğuda iki sosial qrupun nümayəndələri iştirak ediblər: müəllimlər (500 müəllim) və sağlamlıq imkanları məhdud uşaqların valideynləri (300 valideyn). Bu iki sosial qrupun seçilməsi həmin respondentlərin təhsil prosesinin iştirakçısı olması və xüsusi təhsilin tətbiqi prosesində onların maraqlarına toxunulması ilə bağlıdır. Bu məqalədə alınan nəticələrin təhlili və xüsusi təhsilin tətbiqində olan problemlər öz əksini tapıb. Eyni zamanda təhlil prosesində üzə çıxan problemlərin əsasında xüsusi təhsil sisteminin inkişafı və təkmilləşdirilməsi yollarını və istiqamətlərini müəyyən etmək mümkündür.

Cild 90, №6 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI