Müseyib İlyasov

MÜƏLLİM SƏRİŞTƏLİLİYİ ŞAGİRD ŞƏXSİYYƏTİNİN İNKİŞAF ETDİRİLMƏSİNİN MÜHÜM AMİLİ KİMİ

Xülasə. Müəllimin öz peşəkarlığı və səriştəliliyini daha da inkişaf etdirməyə istiqamətlənmiş fəa­liy­yə­ti öz nəticəsini iki istiqamətdə göstərə bilir. Birincisi, müəllimi öz peşəsinin fövqünə qaldırır, onu usta müəl­lim kimi formalaşdırır, ikincisi, təhsilalanların daha yaxşı öyrənmələrinə, həyati bacarıqlara yiyələnmələrinə və bilavasitə şəxsiyyət kimi formalaşmalarına öz əhəmiyyətli təsirini göstərir. Məqalədə bu problemlərə to­xu­nulmuş, pedaqoji ədəbiyyatda mövcud olan müəllim səriştəliliyinin müxtəlif modellərinin təhlili verilmiş, müəl­limin özünühazırlıq və özünüinkişaf istiqamətlərinin əsas parametrləri nəzərdən keçirilmişdir.

Açar sözlər: peşə səriştəliliyi; həyati bacarıqlar;  özünüinkişaf; şəxsiyyətyönümlü yanaşma; pedaqoji proses.

Cild 91, №2 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI