Əsmət İsmayılxanova

Açar sözlər: demokratikləşmə, fərdiləşmə, diferensiallaşdırma, humanistləşdirmə, inteqrasiya,

interaktivlik, standartlar, milli dəyərlər, modernləşmə, fasilitator, problem-situasiya

Əsmət İdris qızı İsmayılxanova

İNTERAKTİV VƏ ƏNƏNƏVİ TƏLİM METODLARININ MÜQAYİSƏLİ TƏHLİLİ

Xülasə. Müəllif bu məqalədə Azərbaycan təhsilinin dünya ölkələri standartlarının tələbləri səviyyəsinə qaldırılmasının iki istiqamətini göstərmişdir. İnteraktiv təlim metodlarının mahiyyət və məzmununu səciyyəəndirmiş və əsas bir neçə cəhətini göstərmişdir. Müəllimin rəhbərliyi altında şagirdlərin hansı müsbət işlərə imza atdıqlarından bəhs etmişdir, müasir dövrdə həm inkişaf etmiş xarici ölkələrin təhsilə tətbiq etdikləri interaktiv metodların, həm də novator müəllimlərin qabaqcıl iş təcrübəsinin öyrənilməsi və təhsil-tərbiyə sahəsinə tətbiqini mərhələlərlə izah etmişdir. Hətta hər bir təcrübənin səmərəliliyini, müasirliyini şərtləndirən cəhətlərin müəyyən edilməsinə, bu cəhətlərin yeniləşdirilməklə tətbiqinə imkan yaradan metodları qeyd etmişdir. İnteraktiv təlim metodlarının xüsusiyyətlərini qeyd etmiş, ənənəvi təlimlə interaktiv təlimin oxşar və fərqli cəhətlərinin təhlilini vermişdir. 

Cild 90, №1 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI