Reyhan Hacızadə
Açar sözlər: xüsusi məktəb, texnologiya, idrak fəallığı,
korreksiya pedaqogikası, inklüziv təhsil
Reyhan Tapdıq qızı Hacızadə
XÜSUSİ
MƏKTƏBLƏRDƏ TEXNOLOGİYA FƏNNİNİN TƏDRİSİNDƏ SƏCİYYƏVİ
CƏHƏTLƏR
Xülasə. Məqalə xüsusi məktəblərdə texnologiya fənninin
tədrisi zamanı şagirdlərin idrak fəallığının yüksəldilməsinin səmərəli
yollarına həsr edilmişdir. Müəllim, şagirdlərin idrak fəaliyyətinin təşkili
zamanı bəzi xüsusiyyətləri nəzərə almalı, onların bilik və bacarıqlara yiyələnmələri
üçün özunəməxsus şərait yaratmalıdır. Təlim elə təşkil edilməlidir ki, müstəqil,
yaradıcı düşünmək və işləmək üçün imkan yaransın.