Firudin Rzayev
MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ TƏLİM-TƏRBİYƏYƏ DÖVLƏTİN QAYĞISI
Xülasə. Məqalədə
uşaq bağçalarının inkişafına dövlət qayğısı, tərbiyəçi müəllimlərə edilən
metodiki köməklik, uşaq bağçalarının qısa tarixi əsas yer tutur. Eyni zamanda
təhsil islahatında fəal təlim metodlarının məktəbəqədər təhsil müəssisələrində
tətbiqinə aid fikirlər və dərs nümunələri göstərilmişdir. Uşaq bağçalarında
yaşa görə hər bir qrupun vəzifələri haqqında da məlumat verilmişdir. Təhsilin
ilk pilləsində uşaqların tədqiqatçı kimi yetişdirilməsini əks etdirən mövzular
qoyulmuşdur.
Açar sözlər: Məktəbəqədər, təhsil, müəssisə,
uşaq, bağça, kurikulum, əmək, oyun, qrup, yaş, proqram, məzmun, idrak, tərbiyə,
aktuallaşdırma, motivasiya, dərketmə